Bakıda erməni dili kitabı nəşr olunur

Hazırda oxunan: Bakıda erməni dili kitabı nəşr olunur

33196

 Bakıda erməni dilinin tədrisi ilə bağlı kitab nəşrə hazırlanır. Kitabın adı “Başlanğıc səviyyədə erməni dili” olacaq. Belə bir tədris vəsaitinin hazırlanmasına “Neo Dədə Qorqud fikir bloqu” təşəbbüs göstərib.

Moderator.az xəbər verir ki, bu barədə “azadliq.info”ya məlumatlı mənbədən bəlli olub. Mənbə kitabın üz qabığının eskizini də “azadliq.info”ya təqdim edib.Mənbənin sözlərinə görə, kitab sentyabr ayının sonlarına qədər hazır olmalı və təhsil ocaqlarına, əsasən də Bakı Dövlət Universitetinə paylanmalıdır.

Kitabla bağlı rəsmi qurumların mövqeyi və onun hansı mətbəədə çap olunacağı hələlik bəlli deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin