Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Şuşa şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşıb.
Tədbirdə “Soydaş” İctimai Birliyi İdarə Heyətinin üzvü Namiq Veysəl və Birliyin NTK üzvü Əziz Mursaqulov da iştirak edib və Gürcüstan bayrağını səfər zamanı Şuşada dalğalandırıblar.
MÖVZU İLƏ BAĞLI:
Hansı ölkələrin səfirləri Şuşaya gedib? - AZƏRBAYCANIN DOSTLARININ SİYAHISI
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət ediblər.
Bizim.Media