DYP-dən sürücülərə ÇAĞIRIŞ - SƏBƏB

Hazırda oxunan: DYP-dən sürücülərə ÇAĞIRIŞ - SƏBƏB

33160

"Mütəxəssislərin də qeyd etdiyi kimi cari ilin iyul-avqust aylarında havanın temperaturunun ötən illərlə müqayisədə yüksək olması səbəbindən əhalinin nisbətən sərin olan bölgələrə səfərlərinin sayı xüsusilə həftə sonları nəzərəçarpacaq dərəcədə artmış, bu isə öz növbəsində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini və paralel olaraq qəza ehtimalının yüksəlməsini şərtləndirmişdir".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən məlumatda bildirilir.

Qeyd edilib ki, son günlər baş vermiş ağır yol-nəqliyyat hadisələrinin təhlili bir daha deməyə əsas verir ki, nəqliyyat vasitəsini sərxoş, yuxulu, yaxud əzgin və ya yorğun halda idarə edən, bu vəziyyətdə sərnişin dolu avtomobillə uzun müddət fasiləsiz hərəkətdə olan, sürət həddinə məhəl qoymayan, ötmə və manevr etmə qaydalarını kobud şəkildə pozaraq yollarda potensial təhlükə mənbəyinə çevrilən, bəzən də təhlükəsizlik üçün görülən qabaqlayıcı tədbirləri ironiya, hətta qəzəblə qarşlayan sürücülərə bu gün də rast gəlinir ki, həmin şəxslər xudbin, intizamsız və məsuliyyətsiz davranışları nəticəsində törənəcək qəzada neçə-neçə insan faciəsinə bais olacaqlarından sanki xəbərsiz kimi davranırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin nömrəsiz idarə olunması ilə bağlı DYP-dən AÇIQLAMA


Baş Dövlət Yol Polisi İdarəsi belə şəxslərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır və bir daha sürücülərə müraciət edərək onlara mənzil başına sağ-salamat çatmaları üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sərxoş, yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, hazırda havaların isti olduğunu nəzərə alıb soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı, 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin