Ekspert: ''Əhali ağıllı gömrükdən istifadə etməkdə çətinlik çəkir''

Hazırda oxunan: Ekspert: ''Əhali ağıllı gömrükdən istifadə etməkdə çətinlik çəkir''

3306

Əhali "Ağıllı gömrük"dən istifadə etməkdə çətinlik çəkir.

Fiziki şəxslərin ay ərzində poçt yolu ilə aldığı və ya özü ilə ölkəyə rüsumsuz keçirə bildiyi mallara qoyulan limit yeni qayda ilə artıq qüvvədədir.

Fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər.

Yeni qaydaya qədər bu məbləğ 1000 dollar təşkil edirdi. Tətbiq olunan  limit qaydası internet alış-verişinə üstünlük verən vətəndaşlar arasında uzun müddət müzakirələrə səbəb olub.

Onlar limitin məhdudlaşmasından narazı qalıblar.

Qaydanı sadələşdirsək deyə bilər ki, vətəndaş xarici ölkədən 10 dollar məbləğində ayaqqabı sifariş verirsə, daşınmasıda 5 dollardırsa demək ki, vətəndaşın limitindən 15 dollar istifadə olundu.

Bundan sonra vətəndaşın limiti  285 dollar təşkil edir.

O cümlədən, fiziki şəxs özü ilə ölkəyə yalnız 800 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilər. İndiyə kimi bu məbləğ 1500 dollar idi.

Karqo şirkətləri üzrə konsultan Yaşar Əhmədov Bizim.Media-ya  bildirir ki, yeni qayda  gizli ticarətlə məşğul olan insanların fəaliyyətləri şəffaflaşacaq:

“Bu gün “İnstagram”da satış favorit hesab olunur. Onlar da gizli ticarətlə ona görə məşğul olurlar ki, gömrük rüsumi yükəskdir''.

''Yaxşı olardı ki, gömrük rüsumu aşağı salınsın. Sahibkarlarda qayda-qanunla fəaliyyət göstərsinlər''.

''Təkcə keçən il poçt vasitəsilə gətirilən malların dövriyyəsi 150 milyon dollara çatıb. Təbii ki, bu dövriyyənin  hamısı fərdi şəxsin payına düşə bilməz''.

''Demək ki, burada sahibkarlıq fəaliyyəti mövcuddur”. 

Ekspert bazarda olan müşahidlərə əsasən hesab edir ki, yeni qayda Türkiyədən Azərbaycana mal gətirən karqo şirkətlərinin fəaliyyətinə təsirsiz ötüşəcək.

Təhlillər belə göstərir ki, bu qayda Çindən, Amerikadan texniki avadanlıqlar gətirən şirkət və şəxslərin fəaliyyətini ağsadacaq.

Şübhəsiz ki, onlar bu limit çərçivəsində səmərəli fəaliyyət göstərə bilmirlər:

“Bir də bu qaydanın tətbiq olunmasında əsəs səbəbkarlarından biri Azərbaycanda fəaliyyət göstərən brend şirkətlərdir''.

''Şirkətlərin şikayəti əsasında yeni qayda yaranmasına şərait yarandı. Onların şikayətlərinin əsasını eyni markanı poçt vasitəsilə ucuz əldə olunmasıdır''.

''Çünki, burda yer tutublar, marklarını reklam edirlər''.

''Bir növ onların bazarını öldürmüş olsaq da yeni qayda ilə ucuz qiymətə baha mal satnaların qarşısı da alınmış olacaq''.

"Ağıllı gömrük"lə işləyə biləcəyik?

Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi "Ağıllı gömrük" (Smart customs) tətbiqi ilə əhalinin işləyə bilməsi xeyli zaman alacaq: 

“Ya bu proses sadələşdirilməlidir, yada ki başqa alternativ yol seçilməlidir''.

''İstifadəçilər sistemi öyrənənə qədər daşınmada ləngimələrin olması qaçılmazdır''.

''Düzdür tətbiq istifadə edə bilən vətəndaş poçtla gətirilən məhsulun bəyannaməsini bir neçə saniyə ərzində əldə edə biləcəklər''.

''Əvvəllər bu işi poçt və ya karqo əməkdaşları edirdi”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin