İqtisad Universitetinin professoru vəfat etdi

Hazırda oxunan: İqtisad Universitetinin professoru vəfat etdi

33013

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.

Bizim.Media xəbər verir ki, Z.Məmmədov 90 yaşında dünyasını dəyişib.

O, universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respubilkasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin