Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq Open" turnirində bu gün növbəti görüşlərini keçirəcək.
Bizim.Media-nın məlumatına görə, şahmatçı yarışın ikinci günündə daha beş rəqiblə üz-üzə gələcək.
Rəcəbov 6-cı turda Alireza Firuzca (İran), 7-ci turda Levon Aronyan (ERrmənistan), 8-ci turda Yan-Kriştof Duda (Polşa), 9-cu turda Dinq Liren (Çin), 10-cu turda isə Aniş Giri (Niderland) ilə görüşəcək.
Onlayn keçirilən turnir “Champions Chess Tour” çərçivəsində təşkil edilir.
Qeyd edək ki, Teymur Rəcəbov ilk yarış günündə 1,5 xal toplaya bilib və hazırda 14-15-ci yerləri bölüşdürür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 23.11.2020
Teymur Rəcəbov bu gün erməni şahmatçıyla qarşılaşacaq
Hazırda oxunan: Teymur Rəcəbov bu gün erməni şahmatçıyla qarşılaşacaq
Hazırda oxunan: Teymur Rəcəbov bu gün erməni şahmatçıyla qarşılaşacaq
3299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.