Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir

Hazırda oxunan: Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir

32946


Ermənistanda yeni aeroport tikilir. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan ərazilərin idarə olunması naziri Armen Gevorqyan ermənilərin Syünik adlandırdığı Zəngəzur bölgəsinə səfər edərkən deyib. 
Qafan aeroportunun tikilməsi ilə bağlı Ermənistanda xüsusi müşavirə keçirilib. Ermənistan ərazilərin idarə olunması nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, vilayət qubernatoru bununla bağlı məsələni yerli biznesmenlərlə müzakirə edəcək. Yekun maliyyə hesablamaları və təkliflər sentyabr ayında hökumətə təqdim olunacaq.
Gevorqyan həmçinin onu da bildirib ki, aeroportun yenidən işə salınması prezident Sarksiyanın tapşırığıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin