“Azərbaycan təhsili müasir inkişaf mərhələsini yaşayır. Orta məktəblərdə ana dilimizlə yanaşı, xarici dillər də tədris olunur. Bu gün ölkəmizdə türk, rus, ingilis, fransız və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizovun “Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?” adlı məqaləsində yer alıb
Onun sözlərinə görə, bunlardan təlim dili rus, ingilis və türk dili olan məktəblər sayca çoxluq təşkil edir:
“Tədris dili ingilis, rus, türk, fransız olan özəl məktəblərdə təhsilalanların əksəriyyəti azərbaycanlı olduğu üçün həmin şagirdlərin ana dili Azərbaycan dilidir. Eyni zamanda, dövlət ümumtəhsil məktəblərinin digər dillərdə tədris aparılan bölmələrində təhsil alan şagirdlərin mütləq əksəriyyətinin ana dili Azərbaycan dilidir”.
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) mütəxəssisləri isə hesab edir ki, buna görə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə dövlət dilinin keyfiyyətli tədrisini təmin etmək üçün islahatların aparılmasına ciddi zərurət var.
Bununla bağlı təkliflərə ARTİ-nin Elmi şurasında baxılaraq Təhsil Nazirliyinə təqdim edilib.
ARTİ təklif edir ki, təlim dili Azərbaycan dili olmayan ümumtəhsil məktəblərində dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 16.08.2021
Azərbaycan dilinin tədrisində nəyi dəyişməli? - Rüfət Əzizov detalları açıqladı
Hazırda oxunan: Azərbaycan dilinin tədrisində nəyi dəyişməli? - Rüfət Əzizov detalları açıqladı
Hazırda oxunan: Azərbaycan dilinin tədrisində nəyi dəyişməli? - Rüfət Əzizov detalları açıqladı
32938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.