Eldar Həsənovun cinayət işinin istintaqı tamamlandı - RƏSMİ

Hazırda oxunan: Eldar Həsənovun cinayət işinin istintaqı tamamlandı - RƏSMİ

0:00
0:00
32911

Avqustun 16-da sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluq yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıbala Abutalıbovun sağ əli həbsdə qalacaq - FOTO


Mənbə bildirir ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır.

Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunmuş, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin