Naftalan Avtovağzalı satışa çıxarılır

Hazırda oxunan: Naftalan Avtovağzalı satışa çıxarılır

32905
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Naftalan Avtovağzalını satışa çıxarır. Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Mərkəzi Beynəlxalq və Şəhərlərarası Avtovağzala tabe olan və Naftalan şəhəri, Ş.Qurbanov küçəsi,1A ünvanında yerləşən təşkilat sentyabrın 13-də keçiriləcək hərraca çıxarılacaq.
 
«APA-Economics»in Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, hərraca çıxarılan avtovağzalın ümumi sahəsi 1 750,2 kv. metrdir. Vağzalın start satış qiyməti 101 861 manat, ilkin satış qiyməti isə 86 582 manatdır.
 
Avtovağzalın ştat cədvəli üzrə 245 nəfər işçisi var.
 
Qeyd edək ki, Naftalan avtovağzalı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tərkibinə daxil olan struktur vahidlərdən biridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin