Hacıbala Abutalıbovun sağ əli həbsdə qalacaq - FOTO

Hazırda oxunan: Hacıbala Abutalıbovun sağ əli həbsdə qalacaq - FOTO

32905

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Aparatının keçmiş rəhbəri Rasim Quliyevin işi üzrə hazırlıq iclası keçirilib. 

Bizim.Media haqqin.az saytına istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib.
 

Rasim Quliyevin vəkilləri təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs -qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə məhkəməyə müraciət ediblər. Məhkəmə bu vəsatəti rədd edib.


Növbəti iclas avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Memarlıq və Şəhərsalma Komitəsi zərərçəkmiş qismində tanınıb.

İttihamda bildirilir ki, Rasim Quliyev qanunsuz olaraq FF-2011 şirkətinə Nəsimi rayonu, Dilyara Əliyeva küçəsində, yerli əhəmiyyətli mədəniyyət abidəsi olan yaşayış binasının sökülməsinə icazə verib.

Rasim Quliyev 31 may 2018-ci il tarixində binanın sökülməsi və yerində inzibati və yaşayış binalarının tikilməsi haqqında sərəncama imza atıb. Binanın 1893-cü ildə tikilməsi və memarlıq abidəsi olması nəzərə alınmayıb.

Rasim Quliyevə qarşı cinayət işi başlanıb və onu 8 ilədək həbs cəzası gözləyir.

Rasim Quliyev özü günahını inkar edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin