Eldar Namazov Baş Prokurorluğa çağırıldı

Hazırda oxunan: Eldar Namazov Baş Prokurorluğa çağırıldı

32892
Demokratik Qüvvələrin Milli Şurasının icra aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov avqustun 29-da saat 15:00-a Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İdarəsinə çağırılıb: “Çağırış “EL” hərəkatının keçmiş üzvü Əflan İbrahimovun bəyanatı ilə əlaqədardır. 

Bəyanatda bildirilir ki, guya Milli Şura kütləvi iğtişaşlar hazırlayır. Məni müstəntiq Orxan Dəmirli bununla bağlı ifadə verməyə çağırıb”, - E.Namazov Turan-a bildirib. O, bu cür fikirləri “absurd” adlandıraraq qeyd edib ki, vəkilin köməyinə ehtiyacı yoxdur. E. Namazov Ə. İbrahimovun bəyanatını şərh edərkən bildirib ki, o, “EL” təşkilatından xaric edilib. Belə ki, onun hakimiyyətin agenti olması və onun əli ilə təxribatın hazırlanması barədə məlumat əldə edilib. Məhz bu səbəbdən də o, Milli Şuraya qəbul edilməyib.
Musavat.com-un əldə etdiyi məlumata görə, “EL” hərəkatının idarə heyətinin daha 3 üzvü prokurorluğa çağırılacaq. 

Bu məqamda qeyd edək ki, Əflan İbrahimov “EL” hərəkatının rəhbərliyində olmaqla yanaşı, Eldar Namazovun da xüsusi etimadını qazana bilib. Milli Şuradakı qaynaqlar iddia edirlər ki, onun Milli Şuraya namizədliyini hələ ilk vaxtlarda Eldar Namazov israrla irəli sürüb; lakin AXCP sərdi Əli Kərimlinin veto qoyması ilə o, Milli Şuraya üzv ola bilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin