Biləsuvar rayonundan 1 yaşlı övladını və özünü kanala atan qadın həbs edilib.
Biləsuvar rayon Prokurorluğundan Bizim.Media-ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı başlanmış cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilib, müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə hadisəni törətməkdə təqsirləndirilən qadın barədə məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda ana 1 yaşlı oğlunu kanala atıb öldürdü
Xatırladaq ki, avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb.
Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bizim.Media