Bu gündən sosial xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək

Hazırda oxunan: Bu gündən sosial xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək

32835

Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, Nazirliyin bu və ya digər mərhələdə vətəndaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərinə edilən müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 2993 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin