Xəbər verdiyimiz kimi, Qubada atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.
DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Bizim.Media-ya verdiyi məlumata əsasən hazırda bu hadisə ilə bağlı araşdırma aparılır.
MÖVZU İLƏ BAĞLI:
Qubada oğurluq hadisəsi - Oğrular hadisəni görən azyaşlını qaçırmaq istədilər - ÖZƏL - FOTO
"Hazırda polis şöbəsində araşdırma gedir. 11 yaşlı Elcan Həsrətovun dedikləri dəqiqləşdirilir. Onun söylədikləri təsdiqini tapmayıb. Uşağın doğru və ya yalan danışdığı aydınlaşdırılır. Bununla bağlı araşdırmaların sonunda məlumat veriləcək"
Aytəkin Alxaslı, Bizim.Media