Qubada atasının avtomobilindən oğurluq edən şəxsi görən azyaşlı oğurlanmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bizim.Media-nın bölgə müxbirinin məlumatına görə, saxlanılan şəxslər uşaq oğruluğuna cəhd edən şəxslərdir. Hadisə Qubanın Əlməmmədoba kəndində baş verib.
Belə ki, bir neçə gün əvvəl Əlməmmədoba kənd sakini 11 yaşlı Elcan Həsrətov evlərinin qarşısında tanımadığı şəxsin atasının avtomobilindən oğurluq etdiyini görüb.
Uşağı görən naməlum şəxs qaçıb aradan çıxsa da iş bununla bitməyib.
Həmin şəxs bir-iki gün sonra Elcanı qaçıraraq kəndin kənarına gətirib və gördüklərini danışacağı təqdirdə onu öldürəcəyilə hədələyib. Cəld tərpənən uşaq evə qaçaraq hadisəni valideynlərinə danışıb.
Ailə dərhal polisə məlumat verib. Kənd camaatı da işdən hali olaraq ayıq-sayıq olmağa çalışıblar. Məhz onların sayıqlığı nəticəsində "gecənin vaxtsız qonaqları"-nı saxlamaq mümkün olub.
MÖVZU İLƏ BAĞLI:
Qubada avtomobil oğurlayan şəxs saxlanıldı – VİDEO-FOTO
Kənd sakinləri kəndin ərazisində qeydiyyat nişansız avtomobil görüblər və dərhal rayon polis şöbəsinə məlumat verilib.
Avtomobili saxlayan sakinlər oğruların qonşu Hacıhüseynli kəndindən olduğunu öyrəniblər
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın yekununda saxlanılan şəxslərin təqsirkar olub-olmaması məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media