Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov "bizimyol.info"ya açıqlamasında bu məsələyə toxunub. Qeyd edək ki, əhalinin kütləvi şəkildə qeydiyyatsız yaşadığı rayonlardan biri də Binəqədi rayonudur. Burada təxminən 250 min sakinin qeydiyyatı yoxdur.
İcra başçısı vətəndaşların səsverməsi ilə bağlı məsələnin onların öz məsuliyyəti olduğunu dedi: “Bunun üçün Seçki Məcəlləsinin tələbləri var. Vətəndaşlar özləri bu prosesdə iştiraklarını təmin etməlidir”.
Xaləddin İsgəndərovun sözlərinə görə, hazırda Binəqədi rayonunda 3 min sənədsiz mənzil var.
Həmin mənzillərin sənədləşdirilməsinə nə zaman başlanacağına gəlincə, icra başçısı məlumatsız olduğunu dedi: “Mən bu barədə tam məlumatsızam”.
Prezident İlham Əliyevin hələ bir il bundan əvvəl sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı yaratdığı komissiyanın nə iş görməsi barədə sualımızı isə Xaləddin İsgəndərov belə cavablandrdı: ““Çünki, o komissiya yarananda mən Binəqədidə çalışmırdım. Ona görə də komissiyanın üzvü olmadığımdan onun işi barədə məlumatsızam”.






























































































