Xəzər dənizinin Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində çimərkən boğulan şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Bakı şakini, 62 yaşlı Əhməd Zeynal oğlu Rufullayev Xaçmaz rayonuna istirahətə gedibmiş.
MÖVZU İLƏ BAĞLI:
Kişi dənizdə batıb - Kimliyi məlum deyil - FOTO
Xaçmaz rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları hadidə yerində olub. Rayon prokurorluğu faktı araşdırmağa başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media