Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- Foto

Hazırda oxunan: Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- Foto

32698
“Aypara oteli”nin hündürlüyü isə 166,6 metr olacaq

Bakı şəhərində növbəti möhtəşəm tikinti layihəsinin icrasına başlanılıb.

Hazırda Bakıdakı Dəniz Vağzalı yaxınlığında “Aypara Sarayı” (Crescent Palace), “Aypara şəhərciyi” (Crescent City) və “Aypara oteli”indən (Crescent Otel) ibarət iri kompleks tikilir. 

Moderator.az xəbər verir ki, bu barədə APA-Economics-ə məlumatı tikinti işlərini həyata keçirən podratçı ”“ “İlk İnşaat Taah. San. ve Tic. A.Ş” şirkətinin (Türkiyə) satınalmalar üzrə mütəxəssisi Özgür Yazıcı məlumat verib.

Onun sözlərinə görə, bu layihə həmin ərazidə yaşayış kompleksi, ən hündür mərtəbəli otel və iri ticarət mərkəzinin inşasını nəzərdə tutur: 

“Artıq bu günə qədər “Aypara Sarayı”nın tikinti işlərinin bir qismi yekunlaşıb”.

Qeyd edək ki, artıq tikintisinə başlanılan «Aypara Sarayı»nın hündürlüyü 57,2 metr təşkil edəcək. Bu bina 32 mərtəbədən ibarət olacaq və burada 128 modern yaşayış mənzili yerləşəcək. “Aypara oteli”nin hündürlüyü isə 166,6 metr olacaq. Otel binasının 36 mərtəbəli olması nəzərdə tutulub. Bu layihədə ən yüksək mərtəbəli bina isə «Aypara şəhərciyi» olacaq - 203,8 metr. Bu bina 41 mərtəbəli olacaq və burada yalnız ofislər yerləşəcək.

Türkiyə şirkətinin nümayəndəsi “Aypara” kompleksində geniş yaşıllıq sahələrinin də salınacağını vurğulayıb.

Ö.Yazıcı bildirib ki, “Aypara Sarayı”nın 2015-ci ilin yanvar ayında, “Aypara şəhərciyi”nin isə 2015-ci ilin may ayında təhvil verilməsi planlaşdırılır. “Aypara oteli”nin tikinti işlərinin isə bitmə tarixi hələ dəqiqləşdirilməyib. Həmçinin, hazırda bu binalar üçün satış qiymətləri müəyyənləşdirilməyib.

Qeyd edək ki, “İlk İnşaat Taah. San. ve Tic. A. Ş.” şirkəti quru, dəniz, neft və qaz kompleksləri, yaşayış, xəstəxana və təhsil binaları, fabrik, yol, körpü, liman tikintisi kimi müxtəlif sahələrdə inşaat işlərini həyata keçirir. Şirkət Türkiyə, Azərbaycan, Rusiya, Malayziya, BƏƏ və Türkmənistanda fəaliyyət göstərir. Hazırda şirkət Türkiyə, Azərbaycan, Rusiya və Türkmənistanda ümumi dəyəri 777 mln. ABŞ dolları olan layihələr həyata keçirir.
Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/377.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/378.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/379.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/380.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/381.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/382.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/383.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/384.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/385.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/386.jpg">Bakıda “Aypara sarayı”nın təhvil veriləcəyi tarix açıqlandı- <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/387.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin