Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının - SİYAHISI

Hazırda oxunan: Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının - SİYAHISI

32613

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılır.

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Qeyd edək ki, ibtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının siyahısını təqdim edirik:

Onun “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub:

Xətai rayonu, Nobel prospektində yerləşən mağaza, Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil, İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev, “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin