Moldovalı Ombudsman Azərbaycana gələcək

Hazırda oxunan: Moldovalı Ombudsman Azərbaycana gələcək

32608

Moderator.az musavat.com-a istinadən xəbər verir ki, , avqustun 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq (ATXƏM) Mərkəzi moldovalı Ombudsman Aureliya Qriqoriuya məktub göndərərək, əməkdaşlıq təklif edib. Moldovalı ombudsman cavab olaraq bildirib ki, ATXƏM-in fəaliyyəti ilə tanış olub və təşkilatla bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Əməkdaşlığın praktik olaraq rəsmiləşdirilməsi üçün dünən ATXƏM sədri İlham İsmayılov Moldova Ombudsmanının Azərbaycana gəlməsi üçün rəsmi dəvət məktubu göndərib. 
Dəvət məktubunu məmnuniyyətlə qəbul edən xanım Aureliya yaxın vaxtlarda Azərbaycana gəlmək istədiyini bildirib.
Qeyd edək ki, hazırda ATXƏM tərəfindən Moldova Ombudsmanın sentyabr ayının sonuna planlaşdırılan səfərinin proqram və gündəliyi hazırlanır. Xanım Aureliyanın səfəri zamanı onun rəsmi qurumlar, qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımının canlı şahidləri, eləcədə QHT  və media nümayəndələrilə görüşləri nəzərdə tutulur.  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin