Avqustun 13-ü Ümumdünya Solaxaylar Günüdür.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb.
F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub.
MÖVZU İLƏ BAĞLI:
Əlinin içində "M" hərfi olanlara - Mənası sizi şok edəcək
Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb.
Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib.
Qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər.
Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.
Dünyada solaxay məşhurlar çoxdur. Aristotel,Yuliy Sezar, Makedoniyalı İskəndər
Nyuton, Leonardo da Vinci, Mikelancelo, Amadey Motsart, Çarlz Darvin, Napoleon Bonapart, Aleksandr Puşkin, Nitşe, Lev Tolstoy, Frans Kafka, Şopen, Nikola Tesla
Mahatma Qandi, Uinston Çerçill, Barak Obama, Bill Geyts və.s
Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur.
Bizim.Media