İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun İvanovka kənd sakini İvan Prokofyevin infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.
Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
MÖVZU İLƏ BAĞLI:
Toya gələn qadını qapıda yoxlayanda görün nə oldu
Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media