Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şirvan sakinində “patı” və heroin aşkarlandı - FOTO
Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media