Azərbaycanda apteklərə hansı qurumlar nəzarət edir? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda apteklərə hansı qurumlar nəzarət edir? - AÇIQLAMA

32551

“Hazırda Azərbaycanda pərakəndə satış aptekləri mövcuddur. Dövlət xəstəxanalarında xəstəxana daxilində apteklər və xəstəxanada xidmət göstərən imtiyazlı apteklər mövcuddur". 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in “Facebook” səhifəsindəki canlı yayımda Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib. 

Onun sözlərinə görə, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir: 

"Pərakəndə satış aptekləri, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi və Nazirliyin alt qurumu olan Analitik Ekspertiza Mərkəzi nəzarət edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin