Ölkə üzrə koronavirusa yoluxma sayı artdıqca karantin rejiminin sərtləşdirilməsi, bəzi sahələr üzrə qapanmaların olacağı ilə bağlı iddialar dolaşmaqdadır.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, bəzi dövlət müəssisələrində artıq işçilərin gündəlik işə gəlməsi ilə bağlı məhdudiyyət tətbiq edilib.
Belə ki, müsəssiələrdə işçilər say etibarilə yarı faizlə işə çıxmağa başlayıblar.
Bundan əlavə bəzi özəl müəssisələrdə artıq işçilərin siyahısı və virus əleyhinə vaksin olunub-olunmaması ilə bağlı məlumatlar istənməkdədir. Görünən odur ki, qarşıdakı zaman ərzində vaksin olunmayan şəxsləri inzibati binalara buraxmayacaqlar.
Vaksinasiyanın könüllülük prinsipləri əsasında aparıldığı bildirilsə də, qarşıdakı zaman ərzində bu prosesin məcburi hal alması gözlənilir. Başqa sözlə, artan qadağalar insanlar buna məcbur edəcək. Çünki artıq sentyabrdan etibarən mehmanxanalara, iri ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə də vaksin pasportu olmadan girmək mümkün olmayacaq.
Bir sözlə, vaksin olunmayan insanlar işlə bərabər, başqa sahələrdə də məhdudiyyətlərlə üzləşəcəklər.
Geriyə isə ancaq bir yol qalır, "könüllü" peyvənd olunmaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 13.08.2021
Müəssisələrə işçilərin vaksinasiya olunması ilə bağlı sorğular göndərilir – Yeni qadağalar gəlir
Hazırda oxunan: Müəssisələrə işçilərin vaksinasiya olunması ilə bağlı sorğular göndərilir – Yeni qadağalar gəlir
Hazırda oxunan: Müəssisələrə işçilərin vaksinasiya olunması ilə bağlı sorğular göndərilir – Yeni qadağalar gəlir
32540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.