“Bütün məktəblər vaxtında açılacaq. Üz-üzə keçirilən təhsildən vazkeçməyimiz qəti mümkün deyil".
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca belə deyib və ölkədə ənənəvi tədrisin bərpa olunacağını bildirib:
“Bütün səviyyələr üzrə təhsil fasiləsiz davam etdiriləcək. Şagirdlərin yoluxması ilə bağlı mütəmadi yoxlamalar aparılacaq".
Azərbaycanda da tədrisin hansı formada başlanacağı cəmiyyəti narahat edən suallardandır. Yoluxma sayının artması ənənəvi tədrisin bərpa olunmayacağı ilə bağlı narahatlığı daha da artırıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə məktəb təmir edilir? – Rəsmi CAVAB
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda da tədrisin ənənəvi formada başlanılması arzulanır:
“Biz də gözləyirik ki, tədris ənənəvi formada başlanılsın. Çünki pandemiya təhsilə ciddi ziyan vurub. Tədrisin hibrid formada davam etdirilməsi də gözlənilir. Amma məlumdur ki, pandemiya dövründə vəziyyətə nəzarəti Nazirlər Kabineti Yanında Operativ Qərargah edir. Sentyabrın 15-nə qədər vəziyyətin necə olacağını söyləmək olmaz. Qapanmalar ola bilər”.
Tədrisin hansı formada başlanması ilə bağlı qərarın verilməsində vaksinasiya prosesinin nəzərə alınmasına gəlincə, ekspert hələ ki, Azərbaycanda peyvənd olunanların sayının yetərli olmadığını deyib, bir aya isə lazım olan nəticəni almaq ümkün deyil:
“ÜST hədd qoyub ki, 65 faiz vaksinasiya aparılan ölkələrdə məhdudiyyətlər aradan qaldırılsın, bizdə isə bu 20 faiz ətrafındadır. Tədrisin ənənəvi formada başlanılması üçün cəmiyyətin üzərinə düşən vəzifə vaksinasiya məsələsidir”.
Xatirə Nəsirli, Bizim.Media