San-Marinodan Azərbaycana gətirilən 5 173 qutu qida əlavəsi yararsız çıxıb
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
"NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5 173 qutu “Nebufer”, “Tablet N30” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə müfəttişlər baxış keçirib.
Baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:27 / 13.08.2021
Bu ölkədən gətirilən 5 173 qutu qida əlavəsi YARARSIZ ÇIXDI
Hazırda oxunan: Bu ölkədən gətirilən 5 173 qutu qida əlavəsi YARARSIZ ÇIXDI
Hazırda oxunan: Bu ölkədən gətirilən 5 173 qutu qida əlavəsi YARARSIZ ÇIXDI
32480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.