Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı oğlu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib.
Moderator.az-ın aznews.az-a istinadən məlumatına görə, R.Qazıyevin qardaşı oğlu Orxan Qazıyev bu gün saat 11:30-da İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı O.Qazıyevin üstündən 60 qram tiryək aşkar edilib.
Sayt xəbəri dəqiqləşdirmək üçün R.Qazıyevlə əlaqə saxlayıb və o, məsələdən məlumatsız olduğunu bildirib: “Mən indi anam gildəyəm. Orxanı orada görmədim. Amma həbs olunmasından xəbərsizəm. Valideynləri ilə əlaqə saxladım. Dedilər, xəstədir, İrana gedib, ancaq yenə deyirəm, həbsindən xəbərsizəm. Mən o uşaqdan üz döndərmişəm”.































































































