Pirallahı Rayon Polis Şöbəsinin, eləcə də Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumata Verilib.
Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.
Tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib.
Qeyd edək ki, Pirallahı rayonu ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:52 / 12.08.2021
Sərnişinlər avtobusdan düşürüldü- REYD - FOTO
Hazırda oxunan: Sərnişinlər avtobusdan düşürüldü- REYD - FOTO
Hazırda oxunan: Sərnişinlər avtobusdan düşürüldü- REYD - FOTO
32379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.