Övladı keçmiş əri tərəfindən qaçırılan ana Moderator.az-a müraciət etdi

Hazırda oxunan: Övladı keçmiş əri tərəfindən qaçırılan ana Moderator.az-a müraciət etdi

32353

Sumqayıt şəhər sakini Yusifova Çinarə Fəyyaz qızı keçmiş həyat yoldaşı tərəfindən övladının qaçırıldığını iddia edir. Bununla bağlı Moderator.az-a şikayət məktubu göndərən vətəndaş eyni zamanda müvafiq orqanların qarşılaşdığı problemə laqeyd münasibətindən gileylənib. Çinarə Yusifovanın məktubunu olduğu kimi təqdim edirik: “Mən Yusifova (Allahverdiyeva) Çinarə Fəyyaz qızı 23.01.2007- ci ildə Allahverdiyev Səbuhi Ağa oğlu ilə rəsmi nikaha girmişəm. Birgə nikahdan Ömər və Ramal adlı 2 övladımız olub. Arada yaranan müəyyən problemlər səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə rəsmən boşanmışıq. Keçmiş həyat yoldaşıma oğlumuz Ömərlə ayın 1-ci və 4-cü həftələrinin cümə günü saat 17:00 dan şənbə günü saat 10.00 kimi, ayın 2-ci və 4-cü həftələrində şənbə günü 17:00 dan 10.00 kimi, digər oğlumuz Allahverdiyev Ramalla isə ayın 1-ci və 3-cü həftələrinin cümə günü saat 17:00 dan 20:00-a, ayın 2-ci və 4-cü həftələrində şənbə günü 17:00 dan 20:00 kimi ünsiyyət hüququ verilmişdir. Bununla yanaşı uşaqların hər birinə 70 manat olaraq ümumilikdə 140 manat aliment pulu kəsilmişdir” . 

 Yusifova Çinarənin bildirdiyinə görə onun keçmiş həyat yoldaşı məhkəmə tərəfindən kəsilmiş alimenti ödəməkdən imtina edib və Ömərlə görüşə gələn zaman uşağı aparmış və bu günə kimi də onu geri qaytarmamışdır:

 “2013-cü il mart ayının 1-i Səbuhi bizə gələrək Öməri götürdü və səhər saat 10-da gətirəcəyini bildirdi. Üç gün sonra mən ona zəng edərək Öməri gətirməsini istədim, o isə cavabında “vermirəm, Ömər məndə qalacaq, hara istəyirsən müraciət elə” deyib telefonu bağladı. Dəfələrlə zəng etməyimə baxmayaraq telefonu açmadı “ 

 Yusifova Çinarə baş verən bu hadisədən sonra Sumqayıt polisi və ədliyyə bölməsinə müraciət etdiyini, lakin müraciətinin nəticəsiz qaldığını deyir: 

 “Sumqayıt şəhər Ədliyyə idarəsinə müraciət etdim və ordan mənə məsləhət verdilər ki, 102 polis xidmətinə zəng edim. Mən 102-yə müraciət etdim, izahatımı aldılar, lakin onlardan bir xəbər çıxmadı və mən yenidən Səbuhiyə qaytarması üçün zəng etdim. O isə cavabında “102-yə niyə zəng vurmusan, onların qiyməti 100 manatdır, verəcəm susacaqlar, hara istəsən müraciət elə, uşağı qaytarmayacam” deyib telefonu söndürdü. Mən yenidən 102-nin bizə göndərdiyi Sumqayıt ş. 2-ci polis şöbəsinin işçilərinə (hansı kİ, məndən izahat almağa gəlmişdilər) məlumat almaq üçün yaxınlaşdım, onlarda “bu iş bizlik deyil Sumqayıt şəhər ədliyyə idarəsinə müraciət edin” dedilər. Mən bununla əlaqədar, Bakı şəhər Ədliyyə idarəsinə, Daxili İşlər Nazirliyinə, prezident İlham Əliyev cənablarına, Ombudsman Elmira Süleymanovaya, Ailə, Qadın, Ana və Uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynovaya müraciət etmişəm. Amma nəticəsiz qaldı”. 

 Saytımız vasitəsilə müvafiq dövlət qurumlarından kömək istəyən ana övladının səhhətindən narahat olduğunu bildirir: 

 “Artıq 5 aydan çoxdur ki, Ömərin üzünü görmürəm və haqqında heç bir məlumatım yoxdur. Oğlumun sağlamlığı məni çox narahat edir. Ömər azyaşlı olduğu üçün heç vaxt məndən kənarda qalmır, hara gedirdisə ağlayaraq, gecə də olsa qayıdırdı. Buna görə də əminəm ki, uşağı orda məcbur saxlayıblar və ya onun səhhətində nə isə problem var ki, bu qədər müddətə məndən ayrı qala bilib”. 

 

Xəyal Əzizov

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin