Hərbi Qənimətlər Parkında 40 nəfər işlə təmin edilib

Hazırda oxunan: Hərbi Qənimətlər Parkında 40 nəfər işlə təmin edilib

32270

Sanitar-gigiyenik qaydalara uyğunluğun qorunub saxlanması, cari abadlıq işlərinin mütəmadi yerinə yetirilməsi məqsədi ilə “DOST İş Mərkəzi” tərəfindən 40 nəfər Hərbi Qənimətlər Parkında işlə təmin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərin hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Bu da onların əmək hüquqlarının təminatı üçün vacib əsas olmaqla, sosial sığorta sistemi ilə əhatə olunmalarına, gələcək sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradır.

Bizlm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin