Həmkarlar İttifaqları Konfederasiyası iradlara cavab verdi: “Böhtandır”

Hazırda oxunan: Həmkarlar İttifaqları Konfederasiyası iradlara cavab verdi: “Böhtandır”

32231

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mətbuatda qurum haqqında dərc olunan iradlara cavab verib.

Bizim.Media-nın məlumatına görə, AHİK açıqlamasında  bildirir ki, bəzi xəbər saytlarında həqiqəti əks etdirməyən, qərəz dolu yazı dərc olunub.

Qeyd edilir ki, Azərbaycan həmkarlar ittifaqları ilə bağlı bu kimi məlumatlar həqiqətdən tamamilə uzaqdır və böhtan xarakterlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları istər pandemiya dövründə, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrdə dövlətin təşəbbüsü ilə reallaşdırılan bütün sosial layihələrin icrasında yaxından iştirak edi:

“Bu növ humanitar missiyalara dəstək verən AHİK qəbul olunmuş müvafiq qərarlar əsasında 2020-ci ildən bu günə kimi pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 18 235 064 manat vəsait xərcləyib. 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1 025 410 manat, “YAŞAT” Fonduna 586 510 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 494 178 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb. Şəhid ailələrinə və qazilərə ümumilikdə 1 116 400 manat maddi yardım göstərilib. 6 277 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 136 şəhid ailəsi AHİK tərəfindən himayəyə götürülüb, 64 şəhid övladına hər ay 150 manat məbləğində maddi yardım edilir və bu, onların 18 yaşına qədər davam etdiriləcək”.

Açıqlamaya görə, işçilərin sağlamlığının bərpası üçün həmkarlar ittifaqları öz üzvlərini sanatoriya-kurort yollayışları ilə təmin edir: 

“Həmkarlar ittifaqları üçün ödənilən üzvlük haqqına gəldikdə isə bildiririk ki, üzvlük haqqının ödəlilməsi, hansı istiqamətdə xərclənməsi barədə dəfələrlə AHİK və onun sədri tərəfindən jurnalistlərə açıqlama verilib və mətbuat orqanlarında dərc olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin