Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
Bizim.Media xəbər verir ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda nə qədər siyasi partiya, QHT və KİV var? - AÇIQLAMA
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Bizim.Media