Ağcabədi rayonunda saxta pul hazırlayan şəxs ifşa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
1672 ədəd saxta əskinas dövriyyədən çıxarıldı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini H.Əsgərov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və iki ədəd 200 manatlıq saxta pul əsginası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media