Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - FOTO

Hazırda oxunan: Polis "Bəy hamamı"nda əməliyyat keçirdi - FOTO

32171

Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki "Bəy hamamı" adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətirliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Polis karantin qaydalarını pozan masaj salonu aşkarladı - 4 qadın və 1 kişi... 


Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Obyekt sahibi Adil Mustafatev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

SPA mərkəzində işləyən A. Ağamalıyeva, A. Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər - Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin