YAP sədrinin müavinləri kabinetsiz qalıb -ÖZƏL

Hazırda oxunan: YAP sədrinin müavinləri kabinetsiz qalıb -ÖZƏL

32161
Yeni Azərbaycan Partiyasının son qurultayından sonra sədr müavini postlarını tutan “Qaçqınkom” sədri Əli Həsənov və AMEA prezidenti Akif Əlizadə üçün partiyada iş şəraiti yaradılmayıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin xəbərinə görə, YAP sədrinin hər iki müavini üçün qərargahda iş otağı ayrılmayıb. Hətta bu günlərdə YAP-ın mərkəzi qərargahına baş çəkən Əli Həsənov ona aid kabinetə baxmaq istəyini desə də Mərkəzi Aparatın rəhbəri tərəfindən gözləmədiyi cavabı alıb. Belə ki, YAP-dan Əli Həsənova bildirilib ki,  mərkəzi qərargahda ona və Akif Əlizadəyə iş otağı ayrılması nəzərdə tutulmayıb. 
Əli Həsənovun ona bu münasibətdən məyus olduğunu deyən mənbəmiz əlavə edib ki, “Qaçqınkom” sədri icra katibliyindən açıqlama tələb edib. 

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin