“Qızıl Qaya” cəzalandırıldı

Hazırda oxunan: “Qızıl Qaya” cəzalandırıldı

32099

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev 33 ünvanında fəaliyyət göstərən “Qızıl Qaya” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bizim.Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"Anadolu" restoranı CƏZALANDIRILDI


Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Həmçinin ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin