100 nəfər toya buraxılmadı

Hazırda oxunan: 100 nəfər toya buraxılmadı

32086

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19 pasportu olmayan 40 nəfər toya buraxılmadı – FOTOLAR


Həmçinin polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb.

Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə
izah olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin