"Yeni Klinika”nın sabiq direktoruna yekun ittiham aktı elan edildi

Hazırda oxunan: "Yeni Klinika”nın sabiq direktoruna yekun ittiham aktı elan edildi

32082

Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media-nın məlumatına  görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktı elan edib.

İttihama görə, "Yeni Klinika"nın sabiq direktoru Pərviz Abbasov vəzifəsinin icrasına başladıqdan sonra COVID-19 virusuna yoluxan xəstələrin yaxınlarından tibb müəssisəsində müalicə olunmaq üçün rüşvət qismində pul alıb.

Qeyd olunub ki, klinikanın rəhbəri Pərviz Abbasov “Buta” Klinikasında həkim-radioloq vəzifəsində işləmiş Qalib Nəcəfov, “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyev ilə əlbir olaraq xəstə yaxınlarından 3000-4500 manat məbləğində pul vəsaitini virusa yoluxan şəxslərin müalicəsi adı ilə alaraq şəxsi ehtiyacları üçün sərf edib.

İş üzrə toplanmış materiallara uyğun olaraq sübutlar əsasında Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə), digərlərinə 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən Pərviz Abbasov, Vüsalə Əliyeva və Samir Mirzəyev isə özlərini təqsirli bilməyiblər. Əvəz Hüseynov və Qalib Nəcəfov özlərini qismən təqsirli bildiklərini deyiblər.

Növbəti proses avqustun 17-ə təyin edilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin