Məhərrəmliklə bağlı kütləvi mərasimlərə çağırış edənlərə RƏSMİ XƏBƏRDARLIQ  

Hazırda oxunan: Məhərrəmliklə bağlı kütləvi mərasimlərə çağırış edənlərə RƏSMİ XƏBƏRDARLIQ  

32066

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Bizim.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün feysbuk üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.

Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edilir ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin