Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qusar ekspedisiyası rayonun Bədirqala kəndindəki "Qızılgül təpələri"ndə arxeoloji qazıntını başa çatdırıb.
Bu barədə ekspedisiyanın rəhbəri ,Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, bir ay ərzində iki təpədən ibarət olan "Qızılgül təpələri"nin birində qazıntı işləri aparılıb:
“Buranın qədim yaşayış sahəsi olduğu müəyyən edilib.Qazıntı zamanı tapılan xeyli sayda heyvan sümükləri, məişət əşyaları belə deməyə əsas verir”.
Onun fikrincə, bu abidə antik dövrə də aid ola bilər, çünki buradan həmin dövrə aid də keramika qalıqları aşkarlanıb.
Abidə turizm üçün çox əhəmiyyətli sayıla bilər:
“Təəssüf ki,bir neçə il əvvəl qızıl axtarmaq adı ilə bu abidəni qazıblar və indi qalıqları tapılan tarixi əşyaları yararsız hala salıblar”.
Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimyyətindən sorğumuza cavab olaraq bildirilib ki, təpələrin mühafizəsi üçün ərazi üzrə polis, icra və bələdiyyəyə göstəriş verilib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 10.08.2021
"Qızılgül təpələri"ndə ekspedisiya - Tarixi əşyaları yararsız hala salıblar ÖZƏL
Hazırda oxunan: "Qızılgül təpələri"ndə ekspedisiya - Tarixi əşyaları yararsız hala salıblar ÖZƏL
Hazırda oxunan: "Qızılgül təpələri"ndə ekspedisiya - Tarixi əşyaları yararsız hala salıblar ÖZƏL
32040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.