Son 20 ildə (2001-2020-ci illərdə) Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 93,582 mlrd. manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamara görə, hesabat dövründə ödənişli xidmətlərin pik həcmi 2019-cu ildə (9,607 mlrd. manat), ən aşağı səviyyəsi isə 2001-ci ildə (0,498 mlrd. manat) qeydə alınıb.
İllik dinamikaya gəldikdə, göstərilən ödənişli xidmətlərdə ən kəskin artımlar 2006-cı (45,8%) və 2007-ci illərdə (67,7%) qeydə alınıb. Ən kəskin və son 20 ildə qeydə alınan yeganə azalma isə 2020-ci ildə olub – 27,2%.
Sözügedən azalma COVID-19 pandemiyası səbəbindən vətəndaşların səfərlərinə, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərə görə baş verib.
Qeyd edək ki, sonuncu məlumatlara görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 3,535 mlrd. manat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 10.08.2021
Azərbaycan əhalisi son 20 ildə nə qədər pul xərcləyib?
Hazırda oxunan: Azərbaycan əhalisi son 20 ildə nə qədər pul xərcləyib?
Hazırda oxunan: Azərbaycan əhalisi son 20 ildə nə qədər pul xərcləyib?
32020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.