Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb. Qeydiyyata götürülənlərin sayı 2020-ci ildə 856 nəfər, 2021-ci ildə 952 nəfər olub.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun cari ilin 6 ayı ilə bağlı hesabatında əksini tapıb.
Qeyd edək ki, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 09.08.2021
Azərbaycanda narkotik aludəçilərinin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda narkotik aludəçilərinin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda narkotik aludəçilərinin sayı açıqlandı
31907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.