Nizami İsgəndərovun səhhətində problemlər yaranıb

Hazırda oxunan: Nizami İsgəndərovun səhhətində problemlər yaranıb

31882

Sabiq millət vəkili, iş adamı Nizami İsgəndərovun səhhətində problem yaranıb. Bu barədə Moderator.az saytını mötəbər mənbə məlumatlandırıb. 

Mənbənin sözlərinə görə, “Nabran Village Holiday”də baş verən məlum olaydan sonra ciddi təzyiqlərə məruz qalan sabiq millət vəkili, intensiv müalicə alır: 

“Nabrandakı bədbəxt hadisədən sonra əlaqədar dövlət qurumlarının məsələyə ən yüksək səviyyədə qarışması və obyekt sahibi kimi N. İsgəndərovun da prosesə cəlb edilməsi iş adamının səhhətinə də öz mənfi təsirini göstərib. Belə ki, hüquq-mühafizə orqanları tərəfindən uzun-uzadı və sərt bir dillə dindirilən, ciddi ictimai qınağa məruz qalan N. İsgəndərovun səhhəti ilə bağlı bəzi problemlər meydana çıxıb. Bəlli bir müddətdir ki, intensiv müalicə alan iş adamının xeyli müddətdir ki, sahibi olduğu ticarət obyektlərinə baş çəkməməsi də məhz məlum problemlə əlaqədardır. İş adamının sağlıq durumunun tam olaraq yaxşılaşmadığını nəzərə alsaq, N. İsgəndərovun hələ bir müddət bundan sonra da ortalıqda görünməyəcəyini ehtimal etmək olar”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin