Bakı Şəhər İcra Hakimiyyətinin əhaliyə müraciəti var.
Küçələri və yaşayış yerlərinin dezinfeksiya olunmasını istəyən sakinlər (012) 492-63-11 Qaynar Xəttinə zəng etsinlər. Zənglər 24 saat ərzində qəbul edilir.
Ola bilər ki, o küçə, ərazi bizim siyahıda yoxdur. Amma buna baxmayaraq biz gəlib həmin yerləri virus əleyhinə məhlulla təmizləyəcəyik.
Bu məlumatı Bizim.Media-ya Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov bildirib.
Dezinfeksiya işləri Bakı şəhər, Mənzil Komunal Təsərrüfat Departamenti həyata keçirir.
Departament tərəfindən məhlul, aparat, geyim və digər maddi-texniki bazada zəruri olan bütün ehtiyaclar verilir.
Biz əsasən lift kabinələri, uşaq meydançaları, blokları və əhalinin sıx gediş-gəlişi olan digər əraziləri dezinfeksiya edirik.
Niyə mərkəzdə olan əsas küçələr və yaşayış məntəqələri dezinfeksiya olunur? sualına cavab olaraq qrum sözçüsü, həyət evləri olan yolu əsas küçə adlandırmaq çətin olduğunu deyir.
"Bizim monitorinq qruplarımız var. Onların araşdırmalarına əsasən bilirik ki, bu küçədən kütləvi şəkildə gediş-gəliş var. Ona görə də məhz o yerləri dezinfeksiya edirik".
"Maşınlarda olan “GPS” sistemi ilə dezinfeksiya olunan küçə və ərazilərdə görülən işləri izləmək imkanımız var. Bizə olan müraciətlər əsasında anındaca əraziləri virus əleyhinə məhlulla təmizləyirik".
"Mərkəzdən kənar küçə və yaşayış yerlərinin sakinlərinin diqqətinə çatdırmaq istəyirəm ki, bizim Qaynar Xəttə müraciət etsinlər. Onların da müraciətlərinə anındaca baxılacaq”, - deyə əlavə edir".
Mətin Hüseynov ictimiayyətin diqqətinə onu da çatdırdı ki, bu həftə sonu-21-22 noyabr tarixində Bakı şəhərində dezinfeksiya işləri aparılmayacaq!
Gülşanə Mustafayeva, Bizim.Media