Hərbi ekspertdən ermənilərlə gələcək qonşuluq barədə AÇIQLAMA

Hazırda oxunan: Hərbi ekspertdən ermənilərlə gələcək qonşuluq barədə AÇIQLAMA

31852

“Biz qonşuyuq və qonşu olaraq qalacağıq. Nə ermənilər, nə də biz harasa gedə bilmərik. Sülh danışıqları aparılmalı, kompromis axtarılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri yazıçı və hərbi ekspert İlham Ağalar Horadiz əməliyyatına həsr etdiyi növbəti kitabının təqdimatı ərəfəsində caliber.az-a müsahibəsində bildirib.

"Mənim əsas vəzifəm 1994-cü ildə Horadizin işğaldan azad edilməsini təmin etmək, ermənilərin geriyə baxmadan qaçacaqları bir panik vəziyyət yaratmaq idi. Uğur qazandıq, 7 saat ərzində 30 kilometr irəlilədik, ermənilər hər şeyi qoyub çaxnaşma ilə geri çəkildilər”, deyə Ağalar xatırlayıb.

Onun fikrincə, döyüşlərdə insan olaraq qalmaq lazımdır, çünki əks halda bitəcək müharibədən sonra yaşamaq çətin olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin