İmran Cəfərzadə sağalır VİDEO

Hazırda oxunan: İmran Cəfərzadə sağalır VİDEO

31836
Nabranda  ayağını itirən 2 yaşlı İmran Cəfərzadənin sağalmasında böyük irəliləyiş var. Onun müalicə aldığı klinikanın mütəxəssisləri bu günə qədər keçirilən müalicənin nəticələrindən razıdırlar. Onun növbəti əməliyyatı da uğurla keçirilib. 

Almaniyadakı Səfirliyin mətbuat atteşesi Vüqar Qafarov: “Hadisə zamanı İmran o qədər ağır xəsarətlər almışdır ki, bu xəsarətlərin aradan qaldırılması bir əməliyyatla mümkün olmayacaqdı. Ona görə də həkimlər xəsarətlərin aradan qaldırılmasını mərhələli şəkildə əməliyyatlarla həyata keçirirlər. Sonuncu əməliyyat da bir istiqamətdə aparılan işin növbəti mərhələsi kimi nəzərdən keçirilə bilər. Hazırda, xəstənin psixi və fizioloji vəziyyəti normal hesab edilir, xəstə özünü yaxşı hiss edir”.

Qeyd edək ki, İmran üzərində növbəti əməliyyat isə avqustun 12-də keçiriləcək
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin