Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:
MÖVZU İLƏ BAĞLI:
Şabranda DƏHŞƏT – Ər arvadını avtomobildən YOLA ATDI
“Nəticədə H.Heybətov qadını hərəkətdə olan avtomobildən yola atıb. Hadisə Quba rayonu ərazisində baş verib. N.Sarxanova xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə hüquqi qiymət veriləcək”. (Oxu.az)
Bizim.Media