Enerji içkisinin içindən şüşə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Elşad Barat paylaşıb.
"Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda, nazik şüşələr ilk qurtumda getdi. Sanki fiziki hesablamalar aparılıb, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Yaxında ölüb eləsəm, səbəbi "Bizon"dur. Qabın üzərindəki qaynar xəttə (012-447-10-55) zəng etdim, nömrə borcdan bağlıdır. Bu qədər pul qazanırlar, 3 manat telefona ödəyə bilmirlər. Suya niyə şüşə qatıblar? Bunlar nə etmək istəyir? Milləti qırmaq?"
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:27 / 09.08.2021
“Bizon”un içindən şüşə çıxdı – FOTOFAKT
Hazırda oxunan: “Bizon”un içindən şüşə çıxdı – FOTOFAKT
Hazırda oxunan: “Bizon”un içindən şüşə çıxdı – FOTOFAKT
31818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.